10 C
Baku
Thursday, December 12, 2024

Xaricilər Azərbaycanda bank kartları ilə 851.3 milyon manatlıq əməliyyat aparıblar

2023-cü ilin yanvar-may aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 851.3 milyon manat, yalnız may ayında isə 173.4 milyon manat dəyərində əməliyyat aparılıb.

Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın iyun sayına istinadən xəbər verir.

Əvvəlki il ilə müqayisədə müvafiq olaraq 2.2% və 6% azalma deməkdir.

2022-ci ilin may ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 184.1 milyon manat təşkil edib. Ötən ilin yanvar-may aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 870.4 milyon manatlıq əməliyyat aparıblar.

Son xəbərlər
Digər xəbərlər