Bu ilin may ayı ərzində qeyri-rezidentlərin Azərbaycanın kommersiya banklarındakı əmanətlərinin həcmi 9,3 mln. manat və ya 1,3% artaraq iyunun 1-nə 735,5 mln. manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının(AMB) aylıq hesabatında deyilir.
Hesabata əsasən, illik müqayisədə isə əmanətlərin həcmində 93,4 mln. manat və ya 11,3% azalma qeydə alınıb.
İyunun 1-nə əsasən, qeyri-rezidentlərin banklardakı əmanətlərinin 657,6 mln. manat və ya 89%-i xarici, 77,9 mln. manat və ya 11%-i milli valyutada yerləşdirilib.
Bildirək ki, 2018-ci il may ayının sonuna əsasən, fiziki şəxslərin banklardakı cəmi əmanətlərinin 7 132,0 mln. manat və ya 91%-i rezidentlər, 735,5 mln. manat və ya 9%-i qeyri-rezidentlər tərəfindən yerləşdirilib.
© Report