21 C
Baku
Friday, August 15, 2025

Xaricilərin Azərbaycanda kart əməliyyatları kəskin azalıb

 “İxrac İcmalı”nda məlumat verilib ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalmaya səbəb olub.

Bunun nəticəsində 2020-ci ilin avqust ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 25.6 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 137.4 milyon manat olub. Belə ki, əcnəbilərin apardıqları əməliyyatların həcmi 5.4 dəfə azalıb.

2020-ci ilin yanvar-avqust aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 328.3 milyon manatlıq əməliyyat aparıb.

Son xəbərlər
Digər xəbərlər