Pakistan Milli Bankının Bakı filialı 2021-ci il üzrə də işini zərərlə davam etdirir.
Banker.az xəbər verir ki, bankın filialı 2021-ci il ərzində 406.66 min manat zərər edib. Bu zərədən sonra bankın illərdir yığılmış zərəri 622.99 min manata yüksəlib.
Bank 2020-ci ildə isə 212.22 min manat zərər etmişdi.
Bank filialının gəlirləri ilik müqayisədə 28% (107.44 min manat) azalmaqla 282.40 min manata düşmüş, qeyri-faiz gəlirləri 92% azalmaqla (199.32 min manata) 17.92 min manata düşdüyü halda qeyri-faiz xərcləri 12% (97.77 min manat) azalmaqla 703.20 min manat təşkil edib.
Beləliklə əməliyyat zərəri 419.05 min manata qədər iki dəfə artımla yüksəlib.