Xarizma və liderlik

1.Elə edin ki, sizin həmsöhbətləriniz özünü çox ağıllı, cəlbedici və maraqlı insan kimi hiss etsinlər.

2. Özünüzü elə aparın ki, söhbət zamanı insanlar heç bir zaman sizin başqa bir şey haqqında düşündüyünüzdən duyuq düşməsin, daha doğrusu sizin fikrinizin yalnız bu söhbətdə olduğunu düşünsünlər:

  • Cümlənin sonuna doğru intonasiyanı aşağı salın.
  • Razılıq və ya imtina əlaməti olaraq, başınızı tərpədin.
  • Replikaya cavab verməzdən öncə iki saniyəlik fasilə edin.

3. Təbəssümünüzün səmimi alınması üçün xoş bir şey haqqında fikirləşin.

Bəzən beyin gerçəklik və fantaziya arasındakı fərqləri sezmir. Ona görə də siz xoş bir şey haqqında düşünəndə buna pozitiv reaksiya verirsiniz. Sizin təbəssümünüz də səmimi görünür. Insanlar cəmi 17 milli saniyə ərzində reaksiyanı üzdən oxuya bilir, ona görə də istənilən cüzi və azacıq neqativ münasibətin təzahürü özünü dərhal büruzə verəcək. İnsanlar qeyri səmimi təbəssümüm dərhal, biixtiyarı olaraq hiss edirlər.

Kimisə qarşılayarkən və salamlaşarkən stuldan ayağa qalxın. Bu zaman siz onunla təqribən eyni hündürlükdə olacaqsınız. Salamlaşmaq üçün əl uzatdıqda əlinizi cibdən çıxardın.

5. Mükəmməl dinləyici olun: fasilələr edin və suallar verin.

Con Kennedi əla dinləyici idi. Onun həmsöhbətləri hesab edirdi ki, söhbət zamanı “o bütünlüklə bizim yanımızda olur”. Adətən biz qulaq asanda həmsöhbətin replikasının sonu gözləyirik ki, özümüz fikir bildirək. Diqqətlə qulaq asdığınızı göstərmək üçün sual verin. Amma edilən söhbət sizin üçün həqiqətən maraqsızdırsa, bunu gizlətmək olduqca çətin olacaq.

6. Masa arxasındakı yerinizi ehtiyatla seçin.

Yer seçimi danışıqların son nəticəsinə çox güclü təsir edə bilər. İnsanlar bir-birinə əks oturanda sanki stol onları-bir birindən ayırır. Onlar mübahisə edir, aqressiv danışır, qısa cümlələrdən istifadə edirlər. Əgər siz başlanğıcda konfrontasiyadan uzaq olmaq istəyirsinizsə, həmsöhbətinizin yanında, ya ona tərəf düz bucaq altında əyləşin.

7. İnsani davranın

Lider olmaq üçün fiziki gücə sahib olmaq mütləq deyil. Bu zaman sizdə güclü şəxsiyyətlərin xüsusiyyətləri üstünlük təşkil etməlidir, məsələn Bill Qeyts kimi intellekt sahibi olmaq, Dalay-lama kimi xeyirxahlıq etmək və s. Siz güclü şəxsi keyfiyyətlərinizi nümayiş etdirməlisiniz. Amma süni və bayağı şəkildə deyil, təbii və sonradan qazanılmış keyfiyyətlər kimi. Siz müəyyən bir hakimiyyət səviyyəsinə çatdıqda, sizin xarizmanız yüksələcək, amma bu zaman insanpərvərliyi unutmaq olmaz, əks təqdirdə siz bir diktator kimi tanınacaqsınız.

8. İçinizdə olan “fırıldaqçı sindromundan” qurtulun.

1978-ci ildə Corciya ştatının universitet müəllimləri müəyyən etmişdilər ki, “fırıldaqçı sindromu” adlanan bu psixoloji amildən demək olar ki, insanların 70%-i əziyyət çəkir. O, insanlarda özünə əminsizlik yaradır –sizə elə gəlir ki, sanki bu saat sizin fırıldağınız üstü açılacaq (amma heç bir fırıldaq yoxdur). Bu xarizmaya olduqca mənfi təsir göstərir.

9. Böyük hadisələrə əvvəlcədən hazırlaşın

Siz heç vaxt məşq etmədən marafonu qaça bilməzsiniz, eləcə də hər hansı bir nitqi söyləmək üçün ona öncədən hazırlaşmaq, repitisiya etmək lazımdır. Əlbəttə ki, sizin özünüzü güclü və arxayın hiss etməniz üçün sadəcə bir sehrli çubuq kifayət deyil. Bundan ötrü də “hazırlıq işi” tələb olunur. Əgər qaçış sizə rahatlıq gətirirsə, qaçmaq üçün vaxt ayırın. Ya da vacib görüşdən öncə musiqiyə qulaq asın. Əmin olun ki, playlist-də sizə xoş gələn və sizə özünə əminlik gətirəcək mahnılar var.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.