9 C
Baku
Thursday, December 26, 2024

Xarizmanı inkişaf etdirmək üçün ilk addım. Yaradıcı nitq

Sizcə, xarizmanı inkişaf etdirmək mümkündürmü? Bəli, təbii ki, bu – realdır. Xarizma dedikdə, sosial qarşılıqlı əlaqə bacarıqlarının birləşməsi nəzərdə tutulur. Qeyri-verbal jestlərdən tutmuş, nəyi və necə dediyimizə qədər. 

Xarizmanı inkişaf etdirmək üçün bütün lazımi bacarıqlar üzərində ayrı-ayrılıqda çalışmaq, sonra isə onları bir-biri ilə uzlaşdırmaq tələb olunur. Digər fəaliyyət sahələrində olduğu kimi, məsələn, boksda. Əvvəlcə boksdakı hərəkətləri öyrənirik, daha sonra vurmağı və müdafiə üsullarını sınamağa başlayırıq. Sonda bütün bunları döyüşdə birləşdirməyə çalışırıq. 

Nitqin yaradıcılığı

Və inkişaf etdirməli olduğumuz ilk şey nitq yaradıcılığıdır. Nitq – xarizmatik insan üçün fundament rolunu oynayır. Bir çox insanlar fikirlərini gözəl, fərdi üslubda ifadə etdikləri üçün gözümüzdə xarizmatik görünürlər. Bunu radioya qulaq asaraq təsdiqləyə bilərsiniz. Çox vaxt ora dəvət olunan insanlar nitqləri gözəl olduğu üçün dinləyicilərin rəğbətini qazanırlar. Biz onları görmürük, görünüşlərinin necə olduğunu və hansı jestlərdən istifadə etdiklərini bilmirik. Gözəl nitq qeyri-verbal jest və siqnallar olmadan insanların diqqətini cəlb edir. Məhz bunda görə də bundan başlayacağıq. 

Niqt yaradıcılığını necə inkişaf etdirmək olar?

Texniki olaraq nitq yaradıcılığını inkişaf etdirmək çox asandır. Bunu etmək üçün əlinizə kamera götürərək, əvvəlcədən hazırlaşmadan ağlınıza gələn hər hansı bir mövzuda danışmağa başlayın. 

Hər gün, gündə bir dəfə saniyəölçən qoşaraq bir neçə dəqiqə ərzində müəyyən mövzuda danışmağa davam edirsiniz. Tədricən bu müddəti 2,3 və 4 dəqiqəyə qədər artırmaq lazımdır. 

Nitqin yaradıcılığı, hər hansı bir bacarıq kimi, daimi təcrübə tələb edir. İlk başlarda alınmaya bilər, ancaq bir müddət sonra neyron bağlantılar meydana gəlməyə başlayacaq və növbəti dəfə danışmaq daha asan olacaq. Çaşmalar daha az, nitqinizdəki sözlər isə daha rəngarəng və maraqlı olacaq. 

Nələrdən qorxmaq lazımdır?

Burada sualtı daşlar var. Kamera ilə danışmaq, yanınızda heç kim olmasa belə, stressə səbəb olur. Və bu stress sizə hər gün bu işə qayıtmağınıza mane olacaq. Məsələ ondadır ki, bizim bədənimiz həmişə artıq gərginlikdən qurtulmağa çalışır. Adətən belə hallarda insanlar məşq etməyə tənbəllik çəkməyə başlayırlar. Motivasiya ilə müəyyən problemlər yaşana bilər, çünki inkişafı izləmək asan olmayacaq və siz həmişə eyni nöqtədə olduğunuzu düşünə bilərsiniz. Ancaq özünüzə qalib gələ biləsəniz və günü-gündən məşq etsəniz, nitqinizin daha gözəl və yaradıcı olduğunu görəcəksiniz. Bütün “məşqləriniz” kameraya yazıldığından, nə qədər irəlilədiyinizi izləmək asan olacaq.

Nitqinizin yaradıcılıq səviyyəsini yüksəldikdən sonra, insanların sizə fərqli münasibət bəslədiklərini görəcəksiniz. Belə ki, insanlar gözəl nitqə diqqət edirlər. Buna görə, irəliləməyə başladıqda, bir çox tanışınız dəyişildiyinizi qeyd edərək, kompliment söyləyəcəklər. 

Son xəbərlər
Digər xəbərlər