21 C
Baku
Monday, April 29, 2024

Xarizmanı necə inkişaf etdirmək olar?

Xarizmaya sahib olmaq heç də hər kəsə qismət olan bir xoşbəxtlik deyil, lakin bu arzu ilə yaşayan insanların miqdarı sonsuz saydadır. Bu söz indi çox dəbdədir.

 Hətta o qədər çox istifadə olunub ki, öz həqiqi mənasından xeyli uzaqlaşıb və sanki bir az tutqunlaşıb. Bütün mürəkkəb mənası olan sözlər kimi, o da, adətən onun nə demək olduğunu bilməyən insanlar tərəfindən istifadə olunur. 

Xarizma-yunan mənşəli söz olub “vergi” deməkdir. Ilk başlanğıcda o dini fəlsəfə sahəsinə aid olub. Bu zaman o, digər insanların itaət, sitayiş və pərəstişinə səbəb olan şəxsi keyfiyyəti nəzərdə tuturdu və bu şəxsiyyətin məhdudiyyətsiz imkanlarına hədsiz inam aşılayırdı. Daha sonralar bu söz kinayəli planda işlədilib və o daha dünyəvi xarakter kəsb etməyə başlayıb. Hal hazırda isə bu söz yenə də şəxsi keyfiyyəti bildirir. Lakin indi o, insanları öz arxasınca apara bilən, liderlik qabiliyyətinə dərin inam və hörmət hissi oyadan şəxsi keyfiyyəti izah etmək üçün istifadə edilir.

Bəzi insanlar lider olmaq istəmir, bəziləri isə istəyir. İdarə etmək istəyənlər, hakimiyyət hissini duymağı xoşlayan, hakimiyyət hissi yad olmayan insanlar bilməlidir ki, nə xarizmanı doğurur, nə isə əksinə onu məhv edir, öldürür.

 Beləliklə xarizma deyiləndə nə nəzərdə tutulur.
Simvollardan istifadə

 «Simvol» deyiləndə «hər hansı bir mənanı ifadə edən fiziki obyekt və ya işarə» nəzərdə tutulur. Məsələn –boz uniforma geyinmiş insanın əlində ağ-qara zolaqlı dəyənək. Adi bir  insan sadəcə yolun kənarında dayanır və dəyənəyi hərlədir. Siz dayanmağı heç ağlınıza gətirmir və öz yolunuza davam edirsiniz. Amma boz geyimli insan dayanır, dəyənəyi tərpədir və siz dayanırsınız. Məgər siz bu insanı tanıyırsınız?  Yox, lap əksinə, sizin onunla heç bir əlaqəniz yoxdur və heç onu yüz il də qalsa tanımaq istəməzsiniz. Bəs onda sizi dayanmağa nə vadar edir? Sadəcə lazımı simvoldan istifadə.

Balaca bayraq formasında nişan. Poqonlar. Göy rəngli nömrələr. Bütün bunlar simvoldur. Amma diqqətlə baxsaq görərik ki, hətta ən müxtəlif obyektlər də simvol rolunda çıxış edə bilər, yetər ki onu daşıyan insanın hansı səlahiyyətə və ya hakimiyyətə sahib olduğunu göstərsin.   Hakimiyyət sahibləri zəngin və nüfuzlu olur. Geyim, maşın, ofis –bunlar da simvoldur. Bu siyahını hələ çox davam etdirmək olar. Mahiyyət ondadır ki, siz simvollar vasitəsi insanların diqqətinə kimin kim olmasını çatdırır və kimə qulaq asmaq lazım olduğunu bildirirsiniz. Sizin öhdənizə düşən isə simvolları düzgün seçməkdir.

Mənim dostum Qazaxıstanda özünə icraçı direktor vəzifəsinə adam götürürdü (2009-cu ildə). Onu qane edən işçi sizcə ondan nə xahiş etmişdir- brilyantla bəzədilmiş qızıl möhür. Əbəs yerdə Qazaxıstanda qızılsız qazaxı, qanacaqsız qazax adlandırmırlar. Nədə də olmasa, simvollardan bu uşaqlar yaxşı baş çıxarırlar.
Güc

Insan o vaxt gücə sahib olur ki, o öz ətrafında hərəkət yaratmaq (və ya hərəkəti dayandırmaq) iqtidarında olur, bu zaman bu hərəkətə nisbətdə özü hərəkətsiz olur. Əgər siz öz kabinetinizdən əmr edir və insanlar çaxnaşmaya düşürsə demək siz gücə malikiniz. Amma əgər siz daima ofisdə hərəkət edirsinizsə, lakin buna görə heç kəs nə öz hərəkətini dayandırmır, nə mövqeyini dəyişmir, nə də yeni hərəkətə başlamırsa demək həmin insanlar ilə münasibətdə sizin gücünüz yoxdur.

Insanları özünə tabe edən və hər hansı bir işi görməyə sövq edən şəxsiyyət gücü ilə müqayisədə fiziki qüvvə heç nədir. Məsələn quldurbaşılar, cinayətkarlar arasında liderlər heç də həmişə ən güclü fiziki göstəriciləri və qüvvətli qolları olan banditlər olmur. Bir qayda olaraq bunlar zəif fiziki güclü insanlardır, lakin onların əmrlərini möhkəm fiziki qüvvəyə malik insanlar yerinə yetirir. Şəxsiyyət gücü insanlara nəinki əlavə fiziki güc gətirir, o hətta insanların iradəsini özünə tabe edir və bu zaman insanlar könüllü olaraq, öz xoşları ilə özlərini liderlərinin məqsədlərinin həyata keçirilməsinə sərf edirlər.
Dözümlülük

Bu keyfiyyət az qala insanların sitayişinə səbəb olur. Yüksək dözümlülük insanlara dərin ehtiram hissi aşılayır, istər dost olsun, istər düşmən. Dözümlülük, heç nəyə rəğmən, bütün xarici xoşagəlməz təsirlərə baxmayaraq fəaliyyətə davam etmək qabiliyyətidir.

 Bütün qüvvələri səfərbər edərək öldürmək istədikləri insan, yenə də bütün göstərilən səylərə baxmayaraq yaşayırsa və çətinliklərə tab gətirirsə düşmənlərinin canına vəlvələ salır, onlara dəhşət kimi görünür, hətta apatiyaya da səbəb olur. Mənim ən yaxşı dostumu bir dəfə 17 insan təpikləyərək 150 metr sürümüşlər. Onda demək olar ki, əzilməsi mümkün olan hər şey əzilmişdi, bədənindəki zədələrin izindən oğlan demək olar ki, göm göy olmuşdu. Lakin 150 metrin sonunda oğlan yenə də ayağa qalxmış və qorxu bilmədən, hədə ilə onların üzərinə yerimişdir. Bu zaman həmin uşaqlar sadəcə geri çəkiliblər, onlar başa düşüblər ki, belə bir oğlanın qabağını kəsmək, qarşısını almaq üçün onu ancaq öldürmək lazımdır. Ölməzliyin sübutu – xarizmanın formalaşmasına edilmiş ən ciddi bir yatırımdır.

Yeri gəlmişkən bu hətta təşkilatlara və müəssisələrə də aiddir. Əgər hər hansı isə bir təşkilat həqiqi müharibələr qarşısında tab gətirmişsə, bundan sonra digər təşkilatlar hətta onunla müharibə aparmadan da hesablaşmağa məcbur olurlar. Təkcə bir böyük dözümlülük faktı xarizma yaratmağa kifayət edir.
Planlaşdırmaq

Əmr vermək və həmçinin onların yerinə yetirilməsinə nail olmaq qabiliyyəti. Bu mütləq əhəmiyyət daşıyan keyfiyyətlərin olması artıq istənilən insanı lider edir. Əgər insan aydın və dəqiq əmr tərtib edə bilirsə və bu əmr adekvat olarsa, yəni situasiyanın yaxşılaşmasına xidmət edərsə, həmçinin əgər insanlar onu  icra edirsə və icra edərkən fərqlənməyə can atırsa demək sizin qarşınızda lider dayanmışdır.
Gizli şəkildə peyda olmaq və yoxa çıxmaq qabiliyyəti

Allahın yolları dərk edilməz və müəmmalar ilə doludur. Başqa sözlərlə desək lider öz yerdəyişmələrini heç də bütünlüklə ətrafdakıların diqqətinə çatdırmamalı, onları səfərlərinin təfərrüatlarından xəbərdar etməməlidirlər. O, təsadüfən gəlib çıxır, situasiyanı nəzərdən keçirir, yoxlama aparır və eləcə də qəfildən yoxa çıxır. O Betmen və ya Supermen kimi istənilən bir anda peyda ola bilər. O sanki həmişə burdadır, həmişə ayıq-sayıqdır. Ya o, ya da onun insanları həmişə ətrafda gəzib dolana bilər. Pis insanlar həmişə gərginlikdə olmalı, dostlar isə istənilən vaxt köməyə və dəstəyə ümid etməlidir.

Əgər sizin hara gedib-gəldiyiniz və nə vaxt qayıdacağınız barədə hamıya izahat vermək kimi axmaq bir vərdişiniz varsa, tezliklə onu tərgidin, çünki bu sizin xarizmanıza kölgə salacaq. Sizin təmsilçiləriniz cildində gizlənmiş sadiq vassallarınız isə qoy elə təəssürat yaratsınlar ki, siz həmişə hər yerdə ola bilərsiniz. Hər şeyə qadir və hər yerdə mövcudsunuz.
Birdən birə ağlını itirmək qabiliyyəti

Əgər sizə qəzəbinizi göstərmək tələb olunursa (siz fikirləşir və belə qənaətə gəlirsiz ki, artıq boğaza yığımısınız) bunu etməkdən çəkinməyin. Bu axmaqlıq və ya tənbəllik edən adamların hərəkətlərini sürətləndirəcək. Qəzəbini büruzə etmək və dağıntılara səbəb olan tufan qoparmaq-elə cəhətdir ki, zəiflərinə itaət gətirməsinə, güclərin isə anlayışına səbəb olur. Heç vaxt, heç kəsə ağrı yaşada bilməyəcək, ziyan vurmayacaq lider iradəsiz, vecsiz insandır.

Qəzəbdən nə qədər az istifadə etsəniz effekt bir o qədər güclü olar. Ondan nə sui-istifadə, nə də ki tamamı ilə imtina etməyin, əgər şərait bunu tələb edirsə qəzəbə də yol vermək olar.
Söz vermək, insanlarla razılıq əldə etmək, onların sevgisinə səbəb olmaq və qarşılıqlı anlama münasibətləri yaratmaq

Əgər siz kim olmasında asılı olmayaraq, o insanla razılığa gələ bilsəniz, adi xoş bir sözlə yaralı qəlbi sağaltsanız –sizi buna görə sevəcək və hörmət edəcəklər. Bu bacarıqlar öz ideyalarını izah edərkən, niyyət və məqsədlərinizi insanlara çatdırarkən sizə lazım olacaq. Onlar hətta sizin qəlbiniz narahat olanda və ya həyat çox müşkül məsələ kimi görünəndə sizin dadınıza çatacaq. Onlar sizin qəzəb göstərərək prosesi sürətləndirdiyiniz, lakin insan  qəlbini yaraladığınız situasiyalarda sizə kömək olacaq. Siz yenidən insanların öz idealına inamını və sizə olan sevgisini bərpa etmək istəyərkən həmin bacarıqlardan istifadə edəcəksiniz. Bu qabiliyyətin xarizmanın təşəkkül tapmasında oynadığı vacib rolu başqa sözlərlə ifadə etmək çətindir.

Bütün yeddi xüsusiyyətin sizdə cəmlənməsi sizi sözün əsl mənasında xarizmatik liderə çevirəcəkdir.

Bu xüsusiyyətlərdən istənilən birinin çatışmazlığı xarizma üçün bir mənfi hal deməkdir. Bu xüsusiyyətlərdən heç biri insanda olmazsa, o qədər cılız insana çevrilər ki, onun arxasınca heç də pişiyi də getməz. Bircə təsəvvür edin: məsələn hakimiyyət simvollarına etinasızlıqla yanaşan insan başqa simvollardan, hətta adi adam və ya daha zəif adamın simvollarından istifadə edir. Əgər sizdə bütün lider keyfiyyətləri özünü təzahür etdirirsə, lakin siz «zaparojeç» sürürsünüzsə  (özünüzü bu markaya sadiqliyini sübut etmək üçün) siz bir qədər qəribə insan kimi ad çıxaracaqsınız, lakin sizə qarşı çox da dərin hörmət hissi duymayacaqlar.

Əgər insan zəifdirsə, tez xəstələnirsə, taleyin cüzi zərbələrinə belə tab gətirmirsə onda o, dərhal sınır və təslim olur, planlaşdıra və əmr verə bilmir, heç vaxt verilmiş sərəncamların icrasına nail olmur və hamı qarşısında hara getdiyinə dair hesabat verir. Əgər o heç kəsi yerindən tərpədə bilmirsə onun özünü yerindən tərpədir və başqa yerə göndərirlər. Əgər o həmişə başqalarından üzr istəməkdən başqa bir şey etmirsə və heç kəsə zərər vurmaq iqtidarında deyilsə, bütün bunlarla yanaşı hətta insanlara ünsiyyətə girib, onları az da olsa başa düşə bilmirsə, ola bilsin ki bu insanın düzgün ideyaları var, amma heç kəs heç vaxt onu dəstəkləməyəcək. O heç kəsi ruhlandırmayacaq. Bu da sizə rəzil insan ilə qəhrəman arındakı fərq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər