23 C
Baku
Friday, May 24, 2024

Xarizmatik lider necə olmalıdır?

Liderin xarizması – digər insanlara təsir etmək üçün ən yaxşı vasitədir. Xarizmatik lider ilahm verə bilmə bacarığı sayəsində asanlıqla öz məqsədlərinə nail olur. Belə bir liderə kimisə nəyəsə məcbur etmək lazım deyil – onun komandası onun üçün məhsuldar və məmnunluqla çalışır.

Xarizma – bir neçə xüsusiyyətdən ibarət olan xüsusi keyfiyyətdir. Lakin dərhal bir şeyi qeyd etmək lazımdır ki, xarizma universal fenomen deyil. 

Başqa sözlə desək, insan bir mühitdə xarizmatik olduğu halda, digər mühitdə heç də həmin təsiri bağışlamaya bilər. Lakin bütün xarizmatiklərə xas ümumi ortaq cəhətlər vardır.

1.Güclü ünsiyyət bacarıqları. Liderlərin digər insanlara təsiri şifahi nitq vasitəsilə həyata keçirilir. Və əgər belə desək lider pəltək olsa, fikirləri nə qədər də dahi olsa digər insanlara necə təsir edə biləcək?

2. Hər hansı bir sahəni dərindən bilmək. Bu yuxarıda qeyd etdiyimiz məsələdə suala cavabdır: nəyə görə bir insan bir mühit üçün xarizmatik olduğu halda, digər mühit üçün təsirli deyil? Burada bütün məsələ məhz liderin sahib olduğu biliklərlə bağlıdır. Xarizmatik üçün fəaliyyət göstərdiyi fəaliyyət sahəsində heç bir bərabəri yoxdur.

3. Tapmacanı qoruyub saxlamaq bacarığı. Xarizmatik rəhbər bəzi şeyləri sirr saxlamağı bacarmalıdır. Başqaları üçün o tapmaça-insandır. Xarizmatik auditoriyanı gərgin vəziyyətdə saxlamağı bacarır və sona qədər intriqanı qoruyub saxlayır.

4. İnsanlara sevgi. Açıq ürəklilik və qəlbin genişliyi – əsl xarizmatik insanın xüsusiyyətləridir. O həqiqətən də insanları sevir. O özündə müəllimi və yol göstərən insanı birləşdirir. O yalnızca “gəzən ensiklopediya” deyil, həm də o öz ruhi və mənəvi dəyərlərinin daşıyıcısıdır. Böyük dünya görüşünə sahib olan xarizmatik lider, həmişə ümid edir ki, digər insanların da daxili dünyasını zənginləşdirəcək. Bununla yanaşı, o öz işçilərinin professional və mənəvi inkişafını gördükdə böyük məmnunluq hissi yaşayır. İstənilən kollektivdə xarizmatik lider – hər zaman ən yaxşı ilhamverəndir.

Şirkətdə vəziyyət stabil olduqda və heç bir inqilabi yenilik planlaşdırılmayanda güclü xarizmaya sahib rəhbərin problemləri başlayır. Monotonluq xarizmanı öldürür. Belə bir rəhbərin xarizma barədə düşünəcək zamanı yoxdur. Onun ağlında daim yeni ideyalar və planlar olur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər