4 C
Baku
Thursday, February 22, 2024

Xarkovda Rusiya vətəndaşlığının verilməsinə başlanılır

“Ukraynanın Xarkov vilayətinin sakinləri avqust ayından Rusiya şəxsiyyət vəsiqələri əldə etməyə başlayacaqlar”.

Bu barədə məlumatı Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr üzrə komitənin sədrinin müavini Artem Turov açıqlayıb.

Onun sözlərinə görə, Zaporojye və Xerson vilayətlərində artıq sakinlərə Rusiya şəxsiyyət vəsiqələrinin sadələşdirilmiş qaydada verilməsinə başlanılıb.

Turov qeyd edib ki, bu məsələlərlə Rusiyanın Daxili İşlər Nazirliyi məşğul olur və işlər artıq başlayıb.

Qeyd edək ki, Rusiya fevralın 24-ü Ukraynaya qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyat zamanı ölkənin bir neçə vilayət və qəsəbələrinə nəzarəti ələ keçirib. Rusiya hazırda Xarkov vilayətinin bir hissəsinə nəzarət edir.

Son xəbərlər
Digər xəbərlər