37 C
Baku
Tuesday, August 16, 2022

Xarkovdakı nüvə obyekti “Qrad”lardan atəşə tutulub

Rusiya hərbçiləri Xarkovda növbəti dəfə atəş açıb.

Onlar “Qrad” reaktiv yaylım atəşi sistemlərindən Xarkov Fizika və Texnologiya İnstitutu Milli Elmi Mərkəzinin ərazisini atəşə tutublar.

Ukrayna Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, mərkəz 37 nüvə yanacağı elementi ilə təchiz edilmiş “Neytronların Mənbəyi” adlı eksperimental nüvə obyektinə malikdir.

“Nüvə obyektinin və nüvə materialları üçün saxlama anbarlarının dağıdılması genişmiqyaslı ekoloji fəlakətə səbəb ola bilər”, – deyə məlumatda bildirlib.

Qeyd olunub ki, Ukrayna Təhlükəsizlik Şurasının Xarkov vilayəti üzrə müstəntiqləri Xarkov vilayət prokurorluğunun prosessual rəhbərliyi altında ekosid maddəsi (Ukrayna Cinayət Məcəlləsinin 441-ci maddəsi) ilə cinayət işi açıblar.

 

 

Son xəbərlər
Oxşar xəbərlər