Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 481,0 milyon manatlıq məhsul istehsal edilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 1,6 milyon manatlıq əczaçılıq məhsulları istehsal edilmişdir. Ötən ilin analoji dövründə isə bu göstərici 552 min manat təşkil etmişdir.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 3,1 dəfə, kimya sənayesində 24,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 13,6 faiz artmışdır.