26 C
Baku
Saturday, July 27, 2024

“Xerox” Rusiyaya ixracı məhdudlaşdırır

Amerikanın ofis avadanlığı istehsalçısı “Xerox” Rusiyaya məhsulların tədarükünü dayandırır.

Banker.az “Vedmosti”yə istinadən xəbər verir ki, bu barədə şirkətin maliyyə direktoru Ksavye Heyss məlumat yayıb.

“Heç bir şeyin tədarükü planlaşdırılmır”, – deyə Heyss söyləyib. O qeyd edib ki, Rusiya və Ukraynada “Xerox” ayrı-ayrı hüquqi şəxslərlə təmsil olunur. Heyssin fikrincə, Rusiya bölməsi Ukrayna bölməsi kimi böyük məbləğdə gəlir gətirmir.

Yel Universitetinin məlumatına görə, Ukraynada xüsusi əməliyyat başlayandan bəri 400-ə yaxın Qərb şirkəti Rusiya bazarındakı fəaliyyətini dayandırıb və ya onu tamamilə tərk edib. Onlar arasında arasında “Intel”, “Dell”, “Canon”, “Samsung”, “HP”, “Epson”, “Microsoft”, “Cisco” və digərləri yer alır.

 

Son xəbərlər
Digər xəbərlər