26 C
Baku
Saturday, July 27, 2024

“Xerox”un CEO-su dünyasını dəyişib

Amerikanın “Xerox” korporasiyasının sədr müavini və baş icraçı direktoru Con Visentin xroniki xəstəliyin fəsadlarından dünyasını dəyişib, Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.

Şirkətdən verilən məlumata görə, Visentinin ölümü gözlənilməz olub. Onun həyat yoldaşı və beş qızı qalıb.

Çap texnologiyalarının inkişafı və surətçıxarma maşınlarının istehsalı üzrə ixtisaslaşan “Xerox” şirkəti 1906-cı ildə foto kağız istehsalçısı kimi yaradılıb. 1947-ci ildə şirkət fotokopiya texnologiyası üçün patent alıb. 2022-ci ilin birinci rübündə Xerox illik müqayisədə 2.5% azalaraq 1.7 milyard dollar mənfəət əldə edib.

Son xəbərlər
Digər xəbərlər