10 C
Baku
Friday, December 13, 2024

Xerson vilayətində Rusiyaya birləşmək üçün referendum elan edilib

Bu ilin payızında Xerson vilayətinin Rusiyanın tərkibinə daxil olması ilə bağlı referendumun keçirilməsi planlaşdırılır, Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

“Referendum bu il keçiriləcək. Payız üçün planlaşdırılır”, – deyə regionun hərbi-mülki administrasiyası rəhbərinin müavini Kiril Stremousov deyib. Onun sözlərinə görə, konkret vaxt hələ müəyyən edilməyib, lakin hakimiyyət artıq təşkilatı məsələləri həll edir.

Qeyd edək ki, martın 15-də Xerson vilayəti Rusiyanın nəzarəti altına keçib. Daha sonra orada hərbi-mülki administrasiya yaradılıb. Stremousov aprelin sonunda rəis müavini vəzifəsinə təyin edilib.

Son xəbərlər
Digər xəbərlər