10 C
Baku
Thursday, December 12, 2024

Xersonda fövqəladə vəziyyət rejimi elan edildi

Dünən Kaxovka SES-də baş verən partlayışla əlaqədar olaraq Xerson vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.

Bu barədə məlumatı TASS yayıb.

Müvəqqəti olaraq Xerson bölgəsinin rəhbəri vəzifəsini icra edən Vladimir Saldo hadisə ilə bağlı 22 mindən 40 minə yaxın insanın fəlakət zonasında olduğunu bildirib.

Bununla yanaşı, vilayətin Novo Kaxovka bölgəsində də fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Xatırladaq ki, iyunun 6-na keçən gecə Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasında partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edib. Hadisə nəticəsində Nova Kaxovka və digər şəhərlərdə kəndləri su basıb. Ərazinin Ukraynanın nəzarətində olan hissəsində əhalinin təxliyəsi həyata keçirilib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər