13 C
Baku
Friday, April 19, 2024

Xersonda qrivna dövriyyədən çıxarılır, yalnız rubldan istifadə olunacaq

Hazırda Rusiya ordusunun nəzarəti altında olan Xerson vilayətində Ukrayna qrivnası dövriyyədən çıxarılacaq.

Bu barədə məlumatı vilayətin hərbi-mülki administrasiyasının rəhbərinin müavini Kirill Stremousov açıqlayıb.

“Xerson vilayətində qrivna tədricən dövriyyədən çıxarılacaq və vilayətdə yalnızca rubldan istifadə olunacaq”, – deyə Stremousov söyləyib.

Xatırladaq ki, Rusiya ordusu martın 15-i Ukraynadakı müharibə zamanı Xerson vilayətinə nəzarəti ələ keçirib. Mayın 31-i isə vilayətdə rubl dövriyyəyə buraxılıb.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər