Rusiyanın ilhaq etdiyi Xerson vilayətində 70 minə yaxın sakin Dnepr çayının sağ sahilindən sol sahilinə köçürülüb.
Bu barədə məlumatı Xerson vilayətinə müvəqqəti olaraq “rəhbərlik” edən Vladimir Saldo açıqlayıb.
Xatırladaq ki, Vladimir Saldo oktyabrın 18-i bölgə sakinlərinin Dnepr çayının sol sahilinə köçürüləcəyini elan edib. Buna səbəb olaraq isə Ukrayna tərəfinin Kaxovka Su Elektrik Stansiyasına zərbə endirəcəyi təqdirdə daşqın təhlükəsinin olduğu göstərilib. Oktyabrın 28-i isə sakinlərin təxliyəsi başa çatıb.