Ukraynanın Xerson vilayətinin Dneprin sağ sahilində yerləşən hissəsində dinc əhalinin təxliyəsi başa çatıb.
Bu barədə məlumatı Xerson vilayəti qubernatorunun müavini Kirill Stremousov verib.
O qeyd edib ki, təxliyə prosesi könüllülük əsasında həyata keçirilib.
Həmçinin o da qeyd olunub ki, Xerson vilayətinin mərkəz hissəsinin də təxliyəsi tamamlanıb.
Stremousov xəbərləri təsdiqləyərək vurğulayıb: “Həqiqətən də təxliyə başa çatıb və biz dinc əhalinin atəş xəttindən uzaqlaşması üçün şərait yaradılıb, onlar təhlükəsiz ərazilərə göndəriliblər”.
Təxliyə olunan şəxslərin sayı haqda dəqiq məlumat verilməyib.