Xersonun mərkəzində Ukrayna bayrağı dalğalanır.
Bayrağı partizanlar qaldırıblar.
“Müqavimət hərəkatı salam deyir. Ukraynaya eşq olsun!”, – yerli jurnalist Konstantin Rıjenko teleqramda yazıb.
UNIAN xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri bu günlərdə Xerson istiqamətində aktiv irəliləyişi bərpa edib, Rusiya Silahlı Qüvvələri isə vilayətin sağ sahilindən qoşunlarının guya planlaşdırılmış şəkildə çıxarıldığını elan edib.