18 C
Baku
Monday, April 29, 2024

Xeyirxahlıq genetik mutasiyadır

İnsanların həssaslığına çox nadir gen səbəb olur

Hormonun sirləri

Toronto universitetindən olan bioloq Aleksandr Koqan oksitotsin hormonunun orqanizmdə oynadığı funksiyanı araşdırarkən, bu hormonun insan emosiyalarına necə təsir etdiyini yoxlamaq qərarına gəlmişdir. Beləliklə onlar üzə çıxarmışdır ki, insanların xeyirxahlığına görə müəyyən genlər məsuliyyət daşıyır. Birdəki, ətrafdakılar xeyirxah insanı məhz hansı isə altıncı hissiyyatları əsasında müəyyən edirlər. İnsanlar xeyirxahların yaxşı əhval ruhiyyəsini, münasibətini hiss edir, onlara yaxınlaşır və tezliklə onların etibarını qazanırlar. Bu effekt, hətta həmin insanların susmağa davam etdiyi halda da özünü doğruldur- utro.ru saytında yazılır.

Bizim öncəki tədqiqatlarımız göstərir ki, oksitotsinin insan orqanizmində böyük miqdarda cəmlənməsi insanlara qarşı xoşməramlı münasibətin yaranmasına səbəb olur, insanlara həmsöhbətlərinin sözlərinə etibar etməyə icazə verir və onları daha fəal sosial həyat sərgiləməyə məcbur edir- doktor Koqan izah edir.

Alim və onun həmkarları tərəfindən aparılan tədqiqatlar zamanı, onlar təcrübənin könüllü iştirakçılarına bu hormonu heç də süni şəkildə yeritmirdilər. Alimlər insanların özünü təbii şəraitdə necə aparacağını yoxlamaq istəyirdilər. Həmçinin onların niyyəti kənar insanların bu xoş əhval ruhiyyəni, münasibəti hiss edib-etməyəcəyini ayırd etmək idi. Axı bizim genlərimizdə üç tip reseptor vardır ki, bu hormonu qəbul edir  və onun orqanizmdəki fəaliyyətinə görə məsuliyyət daşıyır: GG, GA və AA. Məhz onlar oksitotsinin qandakı miqdarını nizamlayır, bu isə bir başa emosiyalar ilə bağlıdır.

Təcrübə vaxtı 23 müxtəlif gen reseptorları olan insanların öz həyat hekayələrini danışması lentə alınmışdı. Sonra isə 116 könüllü dəvət olunmuş və onlardan bu video fraqmentlərə baxmaq xahiş olunmuşdu. Kino seans zamanı səs söndürülüb. Bu iştirakçıları xüsusi nitq qabiliyyəti və ya gözəl bəzəkli sözlər vasitəsi ilə tamaşaçılara təsir etmək imkanından məhrum edib. Nümayişdən sonra zalda oturanlardan videodakı insanları xarakterizə etmək xahiş olunub.

Məlum olmuşdur ki, GG reseptorları olan iştirakçıların (yəni hekayələri danışanların)  hamısının bir nəfər kimi yaxşı adam olduğunu söyləyiblər. GA və AA gen modifikasiyasına malik olanları isə, əksinə neytral və mənfi insan adlandırmışlar.

-Biz diqqət yetirmişdik ki,  GG reseptorları çox olanlar daha çox gülümsəyir və danışıq vaxtı başlarını daha çox tərpədirlər –professor Koqan danışır. Belə jestlər həmişə insanların rəğbətini qazanmağa kömək edir. Bizim təcrübədə bu xüsusi əhəmiyyət kəsb etmişdi, belə ki biz səsləri söndürmüşdük və xarakterin müəyyən edilməsində əsas ağırlıq qeyri verbal vasitələrin üzərinə düşmüşdü.

Təmənnasız yaxşılıq –fədakarlıqdır

Bu nəticələr Yəhudi universitetinin tədqiqatçısı Riçard Ebşteynin araşdırmalarının yekunu ilə tamamı ilə səsləşir. O ilk dəfə altruizm davranışına (öz mənafeyini unudub başqalarının qeydinə qalma, başqalarına təmənnasız yardım etməyə hazır olma) səbəb olan genlərin mövcudluğunu hələ 2005-ci ildə aşkar etmişdir. O hesab edir ki, xromosom 11-də tapılmış bu gen dopaminin neurotransmitter reseptorlarının fəaliyyətinə təsir göstərir.

Altruizmin əsas mənbəyi – kimin isə öz maraqlarını digərinin marağı naminə qurban verməsi –uzun illər ərzində təkamül nəzəriyyəsinin əsas müzakirə obyektlərindən biri olmuşdur. Hələ Çarls Darvin də bu suala cavab axtarmışdır. Təkamül nöqteyi-nəzərindən altruizm –heç də üstünlük deyil, çünki fədakar insan öz üzərinə elə bir risk götürür ki, bu risk ona hətta həyatı bahasına belə başa gələ bilər və o bütün bunları digərini sağ qalması naminə edir. Ali heyvanlarda da altruist davranış tərzi özünü göstərə bilər, amma onların fədakarlığı öz ailə üzvləri ilə məhdudlaşır, onlar qoxu və digər siqnallar vasitəsi ilə öz ailə üzvlərini tanıyırlar. Insan həyatında isə altruist davranış tərzi daha böyük əhəmiyyət kəsb edir və çox vacib rol oynayır.

Ebşteyn və onun həmkarları 354 ədəd çoxuşaqlı  ailədən qan nümunələri götürərək, onlara özünü-qurban etmə və təmənnasızlıq barədə bir sıra sual verərək, cavab verməyi xahiş etmişlər. Sorğunun nəticələri   “altruist şkalası” üzrə bölüşdürüldü. Cavablar anonim verilmişdi. Ebşteynin sözlərinə əsasən toplanmış qan nümunələrinin üçdə ikisində altruist genləri mövcud idi.

– O fakt ki, tədqiqatlar insanların şəxsi, subyektiv əhvalatlarına əsaslanır, özlüyündə müəyyən qisim problem doğura bilər. Amma biz indi öz kəşfimizi iqtisadi oyunlar vasitəsi ilə sübut etmək üzərində çalışırıq, bu oyunlarda həm mükafatlar, həm də cəzalar tətbiq olunur. Əsas məqsəd isə altruizm xüsusiyyətinin bu və ya digər insana nə dərəcə də xas olmasını müəyyən etmək, sonra isə bunun gen variantı ilə təsdiqini tapmaqdır –alim izahat gətirirdi. –Altruizm geni olan insanlar, ola bilsin ki, ona görə xeyirxah əməllər görürlər ki, onlar bu fəaliyyətlərindən həm də böyük zövq alırlar.

-Ebşteyn əmindir ki, hələ ki altruizmin yalnız bir geni tapılıb, amma digərləri də mövcuddur.

Yeri gəlmişkən, araşdırmanın gedişində alimlər altruizm geninin kişilərə nisbətən qadınlarda daha çox rast gəlinməsi halı ilə qarşılaşmayıb. Baxmayaraq ki, digərlərinin qeydinə qalmaq ilə bağlı peşələr və sənətlər daha çox qadınların adı ilə bağlıdır, qadınların daha çox fədakar olmasını genlər sübut etmir. Maraqlıdır ki, anoreksiyadan əziyyət çəkən qadınlar altruizm şkalası üzrə çox yüksək göstəricilər göstərmişdir.

-Onlar altruizmi ifrat həddə qədər yüksəldərək, qidanı çox minimum səviyyədə qəbul edə bilirlər ki, həmin yeməyi başqasına «bağışlasınlar» -alim danışır. Dini qaydalara əməl edən insanlar da həmçinin daha yüksək nəticələr qeydə alınmışdır.

– Bu nəticələr isə Bonna Universitetindən olan Martin Reyterin araşdırmaları zamanı əldə etdiyi nəticələr ilə tamamı ilə üst-üstə düşür. O qeyd etmişdir ki, bir gendə olan balaca mutasiyanın mövcudluğu və ya yoxluğu bu və ya digər insanın fədakarlıq səviyyəsini müəyyən etməyə imkan verir. Bu genin hökm sürdüyü insanlar digərləri ilə müqayisədə orta hesabla iki dəfə daha çox insanlara kömək etməyə hazırlıq hissi nümayiş etdirirlər.

-Biz aşkar etmişik ki, SOMT genin müəyyən dərəcədə dəyişmiş formasının mövcud olduğu insanlar, daha çox özlərini qurban verir və ya iki dəfə daha çox pul ianələri bağışlayırlar.

Bütün bu qeydlərə professor Martin Reyterin apardığı tədqiqat işində rast gəlmək mümkündür. Beləliklə ilk dəfə altruist davranışın irsiyyət ilə əlaqəsi praktiki olaraq sübut olunmuşdur.

Tədqiqatçıların öz diqqətini SOMT geni üzərində cəmləməsi heç də təsadüfi deyil. O, baş beyində neuromediator rolunu oynayan dopaminin ifrazına görə məsuliyyət daşıyır. Bu isə həm heyvanların, həm də insanların sosial davranışına xeyli mənada təsir göstərir. Mutasiyanın yayılması isə elə də böyük deyil: “təmiz” gen isə əhalinin yalnız 5% – 10% -də qeydə alınıb.

Bəşəriyyət getdikcə xeyirxahlaşır

Harvard universitetinin psixoloqu Stiven Pinker bu iddiadadır. O əmindir ki, insanlar getdikcə daha az aqressiv olur, gələcəkdə isə ümumiyyətlə onlar daha xeyirxah olacaqlar. Belə nikbin qənaətə, alim qədim və orta əsrlərə aid sənədlərdə və arxeoloji materiallarda apardığı araşdırmadan sonra gəlmişdir. Bu zaman o müxtəlif zorakılıqla törədilmiş cinayətlər, qətllər, müharibələrə aid yazıları, sənədli materialları, maddi qalıqları da tədqiq etmiş və həmin dövrə aid daha çox informasiya toplamağa çalışmışdır.

Alim misal üçün orta əsrlərin qərbi Avropa cəmiyyətini nəzərdən keçirməyi təklif edir. Bəlkə də çoxları bu dövrü cəngavərlərin, damaların və turnirlərin əsrarəngiz, romantik zəmanəsi kimi təsəvvür edir. Amma ki, elementar gigiyena qaydalarına riayət olunmama və uzunmüddətli qanlı müharibələr ilə yanaşı bu dövr həm də bəşər tarixinin ən qəddar və zorakı cinayət  hadisələri ilə xarakterizə olunur. Belə ki, 14-cü əsrdə İngiltərə şəhərlərinə qətl hadisələri nəticəsində ölən insanların sayının adi əhalinin miqdarına nisbəti bugünkündən qat-qat, 30-100 dəfə daha çox olmuşdur.

Pinkerin fikrinə əsasən, «kriminogen vəziyyətin» yaxşılaşmasında hökumətlərin,  məhkəmə və nizam intizam orqanlarının rolunun daha da güclənməsi müsbət rol oynamışdır. Belə ki, krallıqda konsolidasiya prosesinin başa çatması ilə zorakı cinayətlərin sayı da getdikcə stabil sürətdə azalmağa doğru getmişdir. Öncə maariflənmə, daha sonra isə jurnalistikanın genişlənməsi də bu sahədə öz sözünü demişdir. Əlbəttə ki, kommersiyanın rolunu da yaddan çıxarmaq olmaz, belə ki alim hesab edir ki, məhz bunun sayəsində qarşılıqlı altruizm hissləri yaranmış və təşəkkül tapmağa başlamışdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər