6 C
Baku
Monday, December 16, 2024

Xi Jinping: Çin ordusu dünyanın ən güclü ordularından biri olmalıdır

ÇXR ordusu ölkənin milli maraqlarını qorumaq üçün dünyanın ən güclü ordularından birinə çevrilməlidir. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin Kommunist Partiyasının 100 illiyi münasibətilə təşkil olunan mərasimdə ÇXR sədri Xi Jinping söyləyib.

“Çin ordusu ölkənin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını etibarlı şəkildə qoruya bilməsi üçün daha yüksək imkanlara sahib olan dünya səviyyəli silahlı qüvvəyə çevrilməlidir”, – deyə Xi Jinping bildirib. Onun sözlərinə görə, ölkə ordunun modernləşdirilməsini sürətləndirməlidir. Qeyd edək ki, bu proses Çində 2015-ci ildən bəri davam edir.

“Biz faydalı təklifləri və xoş niyyətli tənqidi alqışlayırıq. Bununla belə, özlərini mentor kimi təsəvvür edənlərin təkəbbürlü təlimlərini rədd edirik”, – Xi Jinping əlavə edib.

“Çin xalqı heç vaxt başqa millətləri alçatmayıb, əzməyib və əsarət altına almayıb. Bu, nə keçmişdə, nə də indi baş verib. Bununla yanaşı, Çin xalqı xarici qüvvələrin onlara zülm etmək, əzmək və əsarət altına almaq cəhdlərini qəbul etmir. Bunu etməyə cəhd edən hər bir kəs Çin xalqının 1.4 milyardlıq dəmir divarı ilə üzləşəcək və başını yaracaq”, – Xi Jinping söyləyib.

Son xəbərlər
Digər xəbərlər