8 C
Baku
Friday, March 29, 2024

“Xiaomi” ən ucuz noutbuk təqdim edib

“Xiaomi” şirkəti “Mi Notebook” modelinin 15,6 düym diaqonallı yeni noutbukunu təqdim edib.

Banker.az bildirir ki, noyabrın 11-dən satışa çıxarılacaq noutbukun qiyməti 3399 yuan (təxminən 834 manat) təşkil edəcək.

Bildirilir ki, noutbuk 16,6 dioqanallılar arasında ən ucuzu olacaq. “Mi Notebook”un prosessoru 8-ci nəsil “Intel Core i3”, operativ yaddaşı 4 giqabayt (32 giqabayta qədər artırma imkanı ilə). Sərt diskin həcmi 128 giqabayt olacaq.

Noutbukun korpusunun tam olaraq metaldan olmasına baxmayaraq, “Mi Notebook” yüngül və istifadədə rahat olacaq.

Trend

Son xəbərlər
Digər xəbərlər