“Xiaomi” 1.2 mlrd. dollar dəyərində istiqraz satıb

“Xiaomi” 2.875% ilə 800 milyon dollarlıq, sonra isə 4.1% ilə daha 400 milyon dollarlıq istiqraz satıb. Bildirildiyi kimi, şirkətin əladə etdiyi ümumi məbləğ 1.2 milyard dollar təşkil edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, 2021-ci ilin mart ayında “Xiaomi” ilk elektrikli avtomobilinin prototipini təqdim edib. Şirkət öz avtomobil biznesini işə salmağı və növbəti 10 ildə ona 10 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.

“CNBC” vurğulayır ki, “Xiaomi”nin istiqraz satması Çin hökumətinin xarici birjalara çıxan şirkətlər üzərində nəzarətini gücləndirməsi fonunda baş verib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.