12 C
Baku
Friday, March 29, 2024

“Xiaomi” 1 aya 1 milyon ədəd Redmi K20 smartfonu satıb

 Keçən həftə Xiaomi şirkəti özünün Mi Band 4 smart qolbağının satış nəticələrini açıqlamışdı. Bugün isə şirkət Redmi K20 smartfon seriyasının satış nəticələrini açıqlayıb. Bu barədə Gagadget saytı xəbər verib.

Beləliklə, Donovan Sung-un verdiyi məlumata əsasən şirkət 1 ay ərzində bütün dünya üzrə 1 milyon ədəd Redmi K20 (qlobal bazarda Mi 9T adı ilə) və K20 Pro smartfon modeli sata bilib. Bu həqiqətən də heyrətləndirici bir nəticədir. Qeyd etmək lazımdır ki, şirkətin adi Mi 9 modeli də 1 ay ərzində 1 milyon ədəd göstərici ilə satılıb.

©Technote

Son xəbərlər
Digər xəbərlər