“Clarivate Analytics Plc.” şirkətinin hesabatına əsasən, “Xiaomi” ikinci dəfə dünyanın 100 ən innovativ şirkətləri siyahısına daxil edilib. Reytinq ən böyük şirkətlərin innovativ potensialı əsasında tərtib edilir.
“Derwent Top 100 Global Innovators 2020” reytinqi 14 ölkənin nümayəndəsi tərəfindən hazırlanır. Bu il sözügedən reytinqə Çinin 3 şirkəti daxil edilib. Mobil qurğu və elektronika sahəsində 38 təşkilat liderlik edir ki, bu da 2019-cu illə müqayisədə daha çoxdur.
Xatırladaq ki, ötən il “Xiaomi” şirkəti ilk dəfə “Fortune Future 50” və “Fortune Global 500” reytinqlərinə daxil edilib.
©İctnews