11 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

“Xiaomi” 2024-cü ildə elektromobillərin kütləvi istehsalına başlayacaq

“Xiaomi”nin baş direktoru Lei Jun şirkətin 2024-cü ilin ilk yarısında elektrikli avtomobillərin kütləvi istehsalına başlayacağını açıqlayıb.

Banker.az xəbər verir ki, Çinin texnologiya nəhənginin marketinq şöbəsinin direktoru bu məlumatı təsdiq edib.

Qeyd edək ki, nəqliyyat vasitələrinin istehsalına başlaması “Xiaomi”nin 2021-ci ildə açdığı elektromobil şöbəsi üçün növbəti addım olacaq.

Bunun fonunda “Xiaomi” səhmləri 5.4% bahalaşaraq 2.89 dollara çatıb. Mart ayında şirkət elektromobil şöbəsinə yaxın 10 il ərzində 10 milyard dollar sərmayə qoyacağını açıqlayıb.

Şirkət yeni biznesini avqustun sonunda qeydiyyata salıb. “Xiaomi” avtomobilləri təkbaşına və ya ortaq olaraq istehsal edəcəyi hələ bilinməsə də, yeni işçilər axtarmağa başlayıb.

Son xəbərlər
Oxşar xəbərlər
X