9 C
Baku
Friday, December 13, 2024

“Xiaomi” artırılmış reallıq eynəklərini təqdim edib

“Xiaomi” şirkəti yeni “Wireless AR Glass Discovery Edition” adlı artırılmış reallıq eynəklərini təqdim edib. Eynəklərin korpusu maqnezium-litium ərintisi və karbon lifindən hazırlanıb ki, bu da onların çox yüngül olmasını təmin edir – aksesuarın çəkisi 126 qram təşkil edir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Eynəklər MicroOLED-ekran və elektroxrom linzalar alıb. Onlar müxtəlif işıqlandırma şəraitinə uyğunlaşa bilir – kontentə baxarkən qaralma rejimi aktivləşdirilir, qalan vaxtda isə şəffaf rejim işləyir.

Yenilik Qualcomm Snapdragon Spaces, OpenXR və Microsoft MRTK standartlarını dəstəkləyir. Artırılmış reallıq eynəklərinin qiyməti və bazara çıxacağı tarix barədə hələlik məlumat yoxdur.

Son xəbərlər
Digər xəbərlər