15 C
Baku
Friday, April 26, 2024

“Xiaomi” Avropanın smartfon bazarında lider olub

“Strategy Analytics” şirkəti bu ilin ikinci rübündə Avropada smartfon bazarındakı vəziyyətlə bağlı məlumatlar təqdim edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Ona əsasən, “Xiaomi” korporasiyası regiona rekord 12.7 milyon ədəd smartfon satıb və hazırda qitə bazarının 25.3%-inə nəzarət edir.

Xatırladaq ki, bazarın keçmiş lideri “Samsung Electronics” olub. İkinci rübdə şirkət 12 milyon smartfon satıb, buna görə Avropada onun payı 24%-ə düşüb.

Dünyanın ən çox tanınmış markalarından biri olan “Apple” 9.6 milyon smartfon tədarük edib və bazardakı payını 19.2%-dək azaldıb.

Avropada dördüncü və beşinci yerləri Cinin “OPPO” (5.6% və 2.8 milyon smartfon) və “Realme” (3.8% və 1.9 milyon smartfon) şirkətləri tutur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər