Gələcək Xiaomi MS11 elektromobilinin ilk fotolarını “CarNewsChina” portalı dərc edib. Fotoların keyfiyyəti aşağı olsa da, yeniliyin dizaynı haqqında fikir əldə etməyə imkan verir.
Ümumilikdə, avtomobil “Tesla Model Y” krossoverinə bənzəyir. Rəqibi ilə müqayisədə “Xiaomi” daha hamar xətlərə və yuvarlaqlığa malikdir. Avtomobilin texniki detalları hələki açıqlanmır.
Qeyd edək ki, “Xiaomi” avtomobillərinin istehsalı 2024-cü ilin birinci yarısında başlayacaq. Bu arada, “Apple” da eyni ildə elektromobil buraxmaq niyyətindədir.