12 C
Baku
Cümə, Dekabr 3, 2021

“Xiaomi” belin əyriliyini düzəldən “ağıllı” yaxalıq təqdim edib – Qiyməti $47

“Xiaomi” şirkəti belin əyriliyini düzəldən “HiPee Smart Health Neckband” adlı “ağıllı” yaxalıq təqdim edib.

Banker.az xəbər verir ki, yenilik plastikdən hazırlanıb. Tərtibatçıların fikrincə, cihaz belin əyriliyini düzəltməklə yanaşı, insanı boyun ağrılarından da azad edir. “HiPee Smart Health Neckband” süni zəka alqoritmindən istifadə edir və sahibinin duruşunu təhlil edir. O, kompüterdə işləyərkən və ya smartfondan istifadə edərkən düz durmalı olduğunuzu xatırladır.

be9c7c8d 284a 42e6 8961 c2297b9149e5

Bildirilir ki, cihazın qiyməti 47 dollar təşkil edir. Daha əvvəl “Xiaomi” smartfonu əvəz edəcək “ağıllı” eynəklər buraxıb.

Son xəbərlər
Oxşar xəbərlər
X