28 C
Baku
Saturday, August 16, 2025

“Xiaomi” böyük batareyaya malik Redmi smartfonunu təqdim edib

“Xiaomi” şirkəti böyük batareyalı Redmi 15 5G smartfonunun qlobal versiyasını təqdim edib.

Bu barədə “NotebookCheck” portalı xəbər verib.

Smartfon Full HD+ təsvir ölçüsünə və 144 Hz təzələnmə tezliyinə malik 6,9 düymlük IPS displey, 5G dəstəyi ilə Qualcomm Snapdragon 6s Gen 3 çipi, 4-8 GB LPDDR4x operativ yaddaş və 128 və ya 256 GB UFS 2.2 daxili yaddaşı əldə edib.

Redmi 15 5G-nin beynəlxalq bazarda əsas məqamı onun 33 Vt sürətli şarj dəstəyi ilə 7000 mAh batareyası olacaq. Digər parametrlər arasında 50 MP təsvir ölçülü əsas kameranın və 8 MP ön kameranın olması, IP64 standartına uyğun olaraq korpusun nəm və tozdan qorunması qeyd olunub.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər