19 C
Baku
Sunday, May 19, 2024

“Xiaomi” “Clubhouse”un analoqunu işə salıb

“Xiaomi” şirkəti daha əvvəl dayandırdığı “Mi Talk” xidmətini məşhur “Clubhouse” sosial şəbəkəsinin analoquna çevirməyə qərar verib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Xatırladaq ki, “Mi Talk” xidməti 2010-cu ilin dekabrında işə salınmışdır, lakin istifadəçilər arasında populyarlıq qazana bilməmişdir. 2021-ci ilin yanvarında isə “Xiaomi” bu layihənin fevralın 19-da bağlanacağını elan etmişdir.

Bir həftə sonra “Mi Talk”un rəsmi saytında xidmətin yeni keyfiyyətdə canlanması barədə açıqlama verilmişdir. Açıqlamada deyildiyi kimi, bundan sonra “Mi Talk” tətbiqi “peşəkarlar üçün səsli söhbət” otağı kimi istifadə ediləcək.

Yenidən işə salınan xidmətdə “Clubhouse” ilə eyni mexanizmdən istifadə olunur. İstifadəçilər bir-birlərinə abunə ola və tematik “otaqlarda” söhbətlər apara biləcəklər. Doğrudur, “Clubhouse”dan fərqli olaraq, “Mi Talk” həmçinin Android üçün də mövcuddur.

Xatırladaq ki, 2020-ci ildə populyarlıq qazanmış “Clubhouse” şəbəkəsi ən çox Çində istifadə edilib. Belə ki, çinlilərə ölkənin sərt senzura qaydalarından qaçmağa imkan verib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər