19 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

“Xiaomi” iki tərəfli ekranı olan smartfon təqdim edib – Qiymət $2800

Screen Shot 2021 09 02 at 14.34.20

Çinin İT-nəhəngi “Xiaomi” Mi Mix Alpha konseptual smartfonunu təqdim edib. Cihazın ekranı korpusu boyunca “fırlanır” : ekranının sahəsi 180%-dir. Bu barədə The Verge xəbər verir.

Gadgetin arxa paneli müxtəlif məlumtları, eyni zamanda hava proqnozunu və naviqatoru əks etdirəcək. 

Yan paneldə enerji indikatoru və şəbəkə siqnalı, həmçinin, sensorlu səs tənzimləyici düymələr yerləşir.

Arxa panelində Samsung-la birgə işlənib hazırlanmış 108 meqapikselli kamera var. Bundan başqa, gadget 20 meqapikselli ultragenişbucaqlı və 12 meqapikselli obyektivlərlə təchiz olunub.

Mi Mix Alpha-nın ön kamerası yoxdur. Amma 12 Gb əməli, 512 Gb daimi yaddaşı var. Həmçinin, 4050 mAh batareyası və 5G dəstəyi də var.

Mi Mix Alpha bu yaxınlarda məhdud seriyanı təqdim edəcək. Qiyməti 19 999 yuan və ya 2800 dollar-dır.

©Bizplus.az
Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər