12 C
Baku
Friday, March 29, 2024

“Xiaomi” ikinci avtomobil şirkətini qurub

Çinin istehsalat nəhəngi “Xiaomi” avtomobil bazarında çıxır. Sentyabr ayında “Xiaomi Automobile Co”nu qeydiyyatdan keçirdikdən sonra şirkət bu yaxınlarda ikinci avtomobil şirkətini qeydiyyatdan keçirib.

Noyabrın 18-də “Xiaomi”nin qurucusu və baş direktoru Lei Jun rəhbərlik etdiyi “Xiaomi Automobile Technology Co” şirkətini yaradıb. Bu şirkətin nizamnamə kapitalı 1 milyard yuan (təxminən 155 milyon dollar) təşkil edir. Onun fəaliyyət sahəsinə enerji daşıyıcılarının istehsalı və müvafiq texnologiyaların inkişafı daxildir.

Xatırladaq ki, “Xiaomi” bu ilin mart ayının sonunda avtomobil istehsal etməyi planlaşdırdığını açıqlayıb. Bunun üçün ağıllı elektrik avtomobilləri ilə məşğul olacaq törəmə şirkət yaradılıb. İlkin investisiyalar 1.5 milyard dollar olsa da, yaxın 10 ildə “Xiaomi” layihəyə 10 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər