“Xiaomi” son təqdimatında ilk elektrikli avtomobilinin prototipini göstərib. Şirkətin baş direktoru Lei Junyanın sözlərinə görə, bu model üç aya hazırlanıb.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Qeyd edildiyi kimi, elektrikli avtomobil şirkətin müştərilərindən birinin istəyi ilə hazırlanıb – Yeni il üçün üç müştərinin istəklərini yerinə yetirmək qərarına gəlib ki, onlardan biri şirkətin öz avtomobilini inkişaf etdirməsini təklif edib.
“Təkər üstündə ev” “Xiaomi”nin bütün ağıllı cihazları ilə təchiz ediləcək.
Xatırladaq ki, daha əvvəl şirkət elektromobil istehsalı ilə məşğul olacağını açıqlamışdır. Şirkəti avtomobil istehsalı biznesini işə salacağını və ona yaxın 10 ildə 10 milyard dollar investisiya yatıracağını bildirmişdir.