11 C
Baku
Monday, November 25, 2024

“Xiaomi” ilk qatlanan smartfonunu təqdim edib

“Xiaomi” şirkəti ayrıca satılan portativ printerdən istifadə edərək fotoşəkilləri dərhal çap etmək imkanı olan ilk qatlanan smartfon modelini təqdim edib. Öncədən sifarişlər ötən həftənin cümə günündən qəbul edilir, çatdırılmalar iyulun 23-də başlayır.

Bildirilir ki, Mix Flip adlanan bu yenilik 5 999 yuan və ya 825 dollar qiymətinə olacaq. Ayrıca satılan portativ printerin qiyməti isə 499 yuan və ya 68 dollardır. Çin şirkəti portativ printerin təchizatının məhdud olduğu barədə xəbərdarlıq edib.

Mix Flip 4.01 düymlük xarici, 6.86 düymlük daxili OLED displey, Qualcomm Snapdragon 8 Gen 3 prosessoru, 4780 mAh tutumlu batareya, 32 Mp ön və 50 Mp arxa kamera ilə təchiz edilib.

Screenshot 383

Screenshot 384

İşçilərdən birinin sözlərinə görə, şirkət keçən ay artan tələbatı ödəmək üçün Pekinin cənubundakı zavodunda növbələri iki dəfə artıraraq gündə 16 saata çatdırıb. Zavodda 2000-ə yaxın işçi və 700-ə yaxın robot çalışır.

Son xəbərlər
Digər xəbərlər