18 C
Baku
Thursday, April 25, 2024

“Xiaomi” insanabənzər robot təqdim edib – O, insanların emosiyalarını oxuya bilir

Çinin “Xiaomi” şirkəti 11 avqust 2022-ci ildə keçirilən təqdimatda “CyberOne” adlı insanabənzər robot təqdim edib. Maşın “Xiaomi Robotics Lab” tərəfindən hazırlanıb. İnsanabənzər robotun boyu 177 sm, çəkisi isə 52 kq təşkil edir. Onun hərəkət sürəti isə təxminən 3.6 km/saatdır.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Robot yaxındakı insanları tanımağa və lazım gəldikdə suallara cavab verməyə imkan verən sensorlarla təchiz edilib. Belə ki, “CyberOne” insanın 45 emisiyasını tanıyaraq suallara cavab verə və müxtəlif mövzularda danışa bilir.

download 4

“CyberOne” kiçik əşyaları daşımağı bacarır. Təqdimat zamanı robot “Xiomi” şirkətinin baş direktoru Ley Juna gül hədiyyə edərək bu qabiliyyəti nümayiş etdirib.

“Xiaomi” hesab edir ki, “CyberOne” kiçik tapşırıqları yerinə yetirərək məişət köməkçisi ola bilər. Bununla belə, şirkət bunun yalnız ilk model olduğunu və həqiqətən “ağıllı” robotlardan çox uzaq olduğunu vurğulayır. Buna baxmayaraq, “Xiaomi” bu sahəni aktiv şəkildə inkişaf etdirməyi planlaşdırır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər