21 C
Baku
Friday, September 20, 2024

‘Xiaomi’ internet əşyalarının inkişafına $1,46 mlrd. sərmayə qoyur

Xiaomi artıq uzun müddətdir ki, bu strategiyanı inkişaf etdirir. Ötən ilin sonunda şirkət televiziya və məişət texnikası satışından məsul olan yeni bir satış şöbəsini yaradıb.

Son zamanlarda istehlakçı elektronika istehsalçısı olan TCL-yə sərmayə qoyub.

Qaynağa görə, bu il Xiaomi xarici smartfon bazarlarında iştirakını genişləndirəcək. Xüsusilə, IoT avadanlıqları, smart TV, dünya bazarına daxil olacağı və aktiv şəkildə təşviq edilməsi planlaşdırılır.

Xiaomi dünyadakı smartfonlara olan tələbin zəiflədiyi üçün gəlir mənbələrini diversifikasiya etməyə çalışır. Eyni zamanda, şirkət beşinci nəsil ultra sürətli simsiz rabitənin gəlməsi ilə tələbatın yenidən bərpa olacağını düşünür.  

Vesti.Ekonomika-nın verdiyi məlumata görə, dünyanın ən böyük smartfon bazarında 2018-ci ildə güclü azalma müşahidə olunur. Ehtimal olunur ki, bu vəziyyət  2019-cu ildə də davam edəcək.

Canalys analitiklərinə görə, ötən il ÇXR-ə smartfonlar tədarükünün həcmi 12% azalıb, 2019-cu ildə isə bu rəqəm 2014-cü ildən bu yana kimi ilk dəfə olaraq 400 milyona çatacaq. Ekspertlərin fikrincə, bu, qlobal smartfon bazarında azalma ilə nəticələnə bilər.

Son xəbərlər
Digər xəbərlər