“Xiaomi Mi 9” smartfonu fevralın 20-də təqdim ediləcək. Bu, “Samsung Galaxy S10” modelinin nümayişi ilə eyni günə təsadüf edir.
“Xiaomi” şirkətinin yeni qurğusu texniki xüsusiyyətlərinə görə “Huawei Honor” seriyasına aid “View 20”, xarici görünüşünə görə həmin şirkətin “Mate 20” modelinə bənzəyəcək.
Məlumata görə, “Mi 9” ən yeni, real satışda olan smartfonların heç birində tətbiq edilməyən “Qualcomm Snapdragon 855” prosessorundan istifadə edəcək. Çin istehsalçısının yeni modeli 3 kamera, 24 meqapikselli ön kamera, 6,4 düym diaqonallı ekran və 3500 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək.
Qurğu ekran daxilində quraşdırılan barmaq izi skaneri ilə seçiləcək. Bundan başqa, model vertikal şəkildə yerləşən sensorlu 3 kameraya malik olacaq.
“Xiaomi Mi 9” smartfonunun minimal qiymətinin 436 dollar təşkil edəcəyi gözlənilir.