Çinin “Xiaomi” şirkəti “DeepSeek R1” AI modelini öz cihazlarına inteqrasiya etməyə başlayıb. Qeyd edək ki, həmçinin “Infinix” şirkəti də öz smartfon modellərində süni intellekti tətbiq etməyi planlaşdırır.
“Xiao AI” səs köməkçisinin sınağı 14 fevralda başlayıb. İstifadəçilər süni intellekti tətbiq etmək üçün “Open Deep Thinking” və ya “Open DeepSeek” komandasından istifadə edəcəklər.
Qeyd edək ki, “Xiao AI” səs köməkçisi “Xiaomi” və “Redmi”nin 20-dən çox smartfon modelinə inteqrasiya ediləcək. Onlar arasında “Xiaomi 15”, “Xiaomi 14 Ultra”, “Redmi K80” və “Redmo K70” var.
Daha əvvəl bildirilmişdi ki, Çinin “China Mobile”, “China Telecom” və “ChinaUnicom” telekommunikasiya şirkətləri “DeepSeek” startapının süni intellekt modelini öz xidmətlərinə inteqrasiya ediblər.
Amerikanın “Nvidia” çip istehsalçısı Çinin “DeepSeek” şirkətinin yeni R1 modelini əla süni intellekt aləti hesab edir. Bu barədə şirkət “CNBC”yə məlumat verib.