21 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

“Xiaomi” şirkəti “Mi” markasından imtina edəcək

Screen Shot 2021 09 02 at 14.34.20

“Xiaomi” şirkəti 2021-ci ilin üçüncü rübündən etibarən “Mi” markasından imtina edəcək.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bununla da elektronika istehsalçısı “məhsul və marka arasındakı boşluğu aradan qaldırmaq istəyir”.

Hal-hazırda “Mi” brendi altında smartfonlar, məişət texnikası, kompüter və s. istehsal olunur.

Şirkətin ondan istifadə etməkdə əsas məqsədi tələffüz rahatlığının təmin etməsi olub. İndi isə “Xiaomi” adı istifadə ediləcək qədər yaxşı tanınır. Şirkət “Redmi” markasını saxlayacağını və yaxın gələcəkdə daha gənc auditoriyanı hədəfləyəcəyini açıqlayıb.

2021-ci ilin avqustunda “Xiaomi” yeni “Mix 4” smartfonunu təqdim edib. Əvvəlki smartfonlar “Mi Mix”, “Mi Mix 2” və “Mi Mix 3” adını daşıyıb.

2021-ci ilin iyununda şirkət smartfon satışına görə dünyada birinci olub. Onun bazardakı payı 17.1%-ə çatıb. İlk üçlüyə həmçinin “Samsung” (15.7%) və “Apple” (14.3%) daxil olub.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər