8 C
Baku
Thursday, November 7, 2024

Xiaomi şirkətinin ilk IPO mərhələsi gözlənildiyi kimi heç də uğurlu olmadı

Bugün Xiaomi şirkəti HonKonq fond birjasında IPO-ya çıxdı. Hərracların ilk günündə şirkətin dəyərli kağızlarının qiyməti ilk öncə qeyd olunandan 2% aşağı olub. İlk öncə şirkətin bir səhmi 2.17$ qiymətində olub. Lakin hərracların sonuna yaxın şirkətin bir səhmini 2.12$ qiymətində almaq mümkün olub. Nəticədə Xiaomi şirkəti ilk IPO mərhələsində 3.05 milyard dollar investisiya cəlb etməyi planlaşdırırdı. IPO-ya çıxan zaman isə şirkətin bazar qiyməti 54 milyard dollar dəyərində qiymətləndirilib.

Bu isə şirkətin gözləntilərindən çox aşağıdır. Belə ki, şirkət rəhbərliyi minimum 80 milyard dollar bazar dəyərinə ümid edirdi. Birja karyerasının uğurlu olmayan başlanğıcı isə ilk növbədə investorların əhvalına təsir edir. Baxmayaraq ki, Xiaomi özünü internet şirkət kimi təqdim edir, bir çoxları onu hələ də büdcəli texniki məhsullar isehsal edən şirkət kimi görürlər. Bu bazar isə yüksək gəlir göstəriciləri ilə fərqlənmir. Qeyd etmək lazımdır ki, ilkin IPO mərhələsində şirkətin 7 milyard səhmi iştirak edir.

(Technote)

Son xəbərlər
Digər xəbərlər