16 C
Baku
Thursday, March 28, 2024

“Xiaomi” smartfon bazarında mövqelərini möhkəmləndirir – Yeni “Mi CC9 Pro” gəlir

İnsayderlər Xiaomi şirkətinin oktyabrın 24-də Mi CC9 Pro smartfonunun yeni modelini rəsmi olaraq təqdim edəcəyini bildiriblər.

Xarici mətbuata istinadən xəbər verilir ki, Çin şirkəti tərəfindən hələ ki, hazırlanan yeniliyin təqdimatı ilə bağlı rəsmi məlumatlar verilməyib. Lakin ekspertlər elan olunan tarixin doğruluğuna əmindirlər.

Yenilik bazarda M1910F4E və M1910F4G nömrələri altında təqdim olunacaq.

Yeni model yüksək məhsuldarlığı təmin edən güclü Snapdragon 730G çipsetinə malikdir. Cihaz 108 meqapiksellik əsas sensoru olan üst kameranı alacaq.

©Ted.az

Son xəbərlər
Digər xəbərlər