24 C
Baku
Sunday, August 14, 2022

“Xiaomi” smartfon satışı üzrə dünya lideri olub

Çinin “Xiaomi” şirkəti iyun ayında ilk dəfə smartfon satışı üzrə dünya lideri olub.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə “Counterpoint” araşdırma şirkəti məlumat yayıb.

Bildirildiyi kimi, texnologiya nəhənginin smartfon satışı əvvəlki ayla müqayisədə 26% artıb. Bu, “Xiaomi”nin qlobal satışlardakı payının 17.1%-ə yüksəlməsinə gətirib çıxarıb.

photo5217924071507997932

Qeyd edək ki, smartfon satışı üzrə dünyada ikinci yerdə “Samsung” (15.7%), üçüncü yerdə isə “Apple” (14.3%) dayanır. “Xiaomi”nin tədqiqatlar direktorunun sözlərinə görə, şirkət Çin, Avropa, Afrika, o cümlədən Yaxın Şərqdə mövcudluğunu genişləndirib.

Son xəbərlər
Oxşar xəbərlər