13 C
Baku
Friday, March 29, 2024

“Xiaomi” smartfonlar bazarında “Huawei”i sıxışdırdı

“Xiaomi” şirkəti dünyanın üçüncü ən böyük smartfon istehsalçısı uğrunda mübarizədə ilk dəfə “Huawei” i məğlub etdi. Bu ilin fevral ayında “Redmi” və “Pocophone” markalarının sahibi dünya bazarına 6 milyon cihaz satıb, onun əsas rəqibi isə 5.5 milyon. Bu barədə  “Strategy Analytics” analitika hesabatına istinadən “GSMArena” yazır.

Sənəddə qeyd olunur ki, fevral ayında “Xiaomi” və “Huawei” tədarükləri müvafiq olaraq 30% və 70% azalıb. Ekspertlər COVID-19 koronavirus infeksiyasının başlaması səbəbi ilə hər iki Çin şirkətinin logistika imkanlarının məhdud olduğunu, lakin “Xiaomi” markasının beynəlxalq bazardakı gücü səbəbindən daha az zərər çəkdiyini bildiririlər.
Qeyd olunduğu kimi, “Xiaomi” şirkəti xüsusilə Hindistan bazarında artıq doqquz rübdür ki, ən çox satılan markadır. Qərbi Avropa, Hindistan və İnfoneziyanın payına ümumi gəlirlərin 48%-i düşür.

Smartfonlar bazarında ikinci yeri “Huawei” , üçüncü yeri isə “Samsung” tutur. 

Son xəbərlər
Digər xəbərlər