12 C
Baku
Tuesday, November 5, 2024

“Xiaomi” smartfonların tədarükünə görə 12 ölkədə birinci yerə yüksəlib

“Redmi” brendinin baş direktoru Lyu Veybinq Çinin “Xiaomi” şirkətinin 10-dan çox ölkənin smartfon bazarında liderliyə yüksəlməsini açıqlayıb.

“Xiaomi” qurğularının satışı “Huawei” şirkətinin mövqeyinin kəskin zəifləməsi fonunda artır: bu telekommunikasiya nəhənginin smartfonlarının tədarük həcmi ABŞ tərəfindən tətbiq edilən sərt sanksiyalar səbəbindən azalıb.

Məlumata görə, ötən rübün yekunları üzrə “Xiaomi” şirkəti smartfonların satışına görə 12 dövlətdə – Rusiya, İspaniya, Polşa, Belarus, Ukrayna, Xorvatiya, Litva, Malayziya, Hindistan, Nepal, Myanma və Kolumbiyada birinci yeri tutub.

Qeyd olunur ki, Avropada “Xiaomi” aparıcı smartfon tədarükçüləri arasında ikinci pilləyə yüksəlib. Şərqi Avropaya nəzər yetirildikdə, burada “Xiaomi” ardıcıl ikinci rübdür liderlik edir. Qərbi Avropada şirkət üçüncü mövqedə qərarlaşıb.

Ötən ilin yekunları üzrə “Xiaomi” qlobal miqyasda 146 milyon smartfon satıb. Bu, bir il əvvəlin göstəricisindən 17,5 faiz çoxdur.

Mənbəİctnews
Son xəbərlər
Digər xəbərlər