3 C
Baku
Friday, February 28, 2025

“Xiaomi” SU7 Ultra idman elektrik avtomobilinin satışlarına başlayıb

“Xiaomi” SU7 Ultra avtomobilinin prototipini 2024-cü ilin iyul ayında təqdim edərək, satışların 2025-ci ilin birinci yarısına planlaşdırıldığını demişdi. İndi isə şirkət Çində satışların rəsmi başladığını elan edib. “Xiaomi” 2025-ci ildə 10 min avtomobil satmağı planlaşdırır.

5334937075348268810

5334937075348268811

Məlumata görə, standart versiyanın qiyməti 529.9 min yuan təşkil edir. Bundan əlavə, “Racing Package” və “Nürburgring Nordschleife Limited Edition” versiyaları da təqdim edilib. Onların qiyməti açıqlanmır.

5334937075348268812

5334937075348268813

SU7 Ultra – 350 km/saat sürətə çatan idman sedanıdır. Avtomobil iki elektrik mühərriklə təchiz olunub – V8 və V6. Maksimum güc 1548 at gücü təşkil edir. Model 0-dan 100 km/saata qədər 1.98 saniyəyə, 200 km/saata qədər isə 5.86 saniyəyə sürətlənir.

SU7 Ultra-nın akkumulyatoru xüsusilə diqqət çəkir. “Xiaomi”nin dediyinə görə, onu 10%-dən 80%-dək yükləmək üçün cəmi 11 dəqiqə kifayət edir. Yürüş məsafəsi 630 kilometrə çatır.

5334937075348268816

5334952773453734885

5334937075348268819

Avtomobilin uzunluğu 5115 mm, eni 1970 mm, hündürlüyü isə 1465 mm-dir. SU7 Ultra beş rəngdə təqdim olunub: açıq sarı, “kosmik boz”, zümrüd, mirvari ağ və qara.

5334952773453734883

5334937075348268820

Son xəbərlər
Digər xəbərlər