12 C
Baku
Saturday, November 23, 2024

“Xiaomi” “Telegram”ı əngəlləməyə başlayıb

Dünyanın ən böyük smartfon istehsalçısından biri olan “Xiaomi” “Telegram”ı təhlükəli proqram kimi təqdim edərək onun yüklənməsini əngəlləməyə başlayıb.

Qeyd olunur ki, Asiyanın smartfon nəhəngi olan “Xiaomi” indi “MIUI” sistemi və mikroproqram interfeysindən istifadə edən cihazlarda “Telegram”ın quraşdırılmasına mane olur.

Lakin hələlik “Xiaomi” şirkəti “Telegram” tətbiqi ilə bağlı tətbiq olunan qadağanı şərh etməyib.

Məlumat üçün əlavə edək ki, “Xiaomi”nin mərkəzi ofisi Pekində yerləşir. Şirkətin böyük bir hissəsi Çin, Malayziya və Sinqapurdan olan 18 mindən çox işçisi var.

Son xəbərlər
Digər xəbərlər