11 C
Baku
Monday, November 25, 2024

“Xiaomi” üç dəfə qatlanan smartfon üzərində işləyir

Çinin “Xiaomi” şirkəti üç dəfə qatlanan elastik ekranlı smartfon üzərində işləyir, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Yeniliyin prototipinin nümayişi və ya rəsmi təqdimatı fevral ayında baş tuta bilər. Xatırladaq ki, 2024-cü ilin iyul ayında “Xiaomi” iki qatlanan smartfon təqdim edib – “Mix Fold 4” və “Mix Flip 4”.

“Xiaomi” ilə yanaşı, Çinin daha bir texnologiya nəhəngi olan “Huawei” də üç dəfə qatlanan smartfon modelini buraxmağa hazırlaşır. “Xiaomi”nin CEO-su Lei Jun bildirib ki, şirkət “Google” ilə əməkdaşlıq etməyi və cihazlarına “Gemini” süni intellekt alətini əlavə etməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər