11 C
Baku
Friday, October 25, 2024

“Xiaomi” yeni üç rəngdə 13 Ultra flaqmanını təqdim edib

“Xiaomi” bu gün, mayın 4-də Çində 13 Ultra flaqman smartfonunun yeni versiyalarını təqdim edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.  Şirkət 13 Ultra-nın mavi, narıncı və sarı rəngini nümayiş etdirib. Hər üç versiyanı 16 GB RAM + 512 GB yaddaş konfiqurasiyasında 941 dollar qiymətinə öncədən sifariş etmək mümkündür.

Xatırladaq ki, Xiaomi 13 Ultra 120 Hz tezliyə və 2600 nit parlaqlığa malik 6.73 düymlük QHD + AMOLED ekranla təchiz edilib. Yenilik həmçinin Qualcomm Snapdragon 8 Gen 2 prosessoru, LPDDR5 RAM və UFS 4.0 daxili yaddaş alıb.

Smartfon Android 13 əməliyyat sistemi ilə işləyir. Xiaomi 13 Ultra 5000 mAh batareya ilə təchiz edilib və 90W sürətli yükləmə funksiyasını dəstəkləyir.

Son xəbərlər
Digər xəbərlər